Uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb

  • 11.10.2019
  • 0

Uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb.


Xezerxeber.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov məlumat verib. 


O bildirib ki, uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər və ya onlardan biri işlədikləri halda onların iş yeri vasitəsilə ödənilir. Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbəsinə müraciət olunur. Təcrübə göstərir ki, həmin birdəfəlik müavinətin alınması prosesi hər iki valideyn işləmədiyi halda onlar üçün müxtəlif sənədlərin toplanması, təqdim edilməsi və s. baxımından müəyyən çətinliklər, həm də vaxt itkisi yaradırdı. Ona görə də bu amil nəzərə alınmaqla, uşağın doğulmasına görə birdəfəlik müavinətin elektron qaydada təyinatı xidməti ilkin mərhələdə məhz hər iki valideyn işləmədiyi halda həmin valideynləri əhatə edəcək. Növbəti mərhələdə isə müvafiq hazırlıq işlərindən sonra bu elektron xidmət işləyən valideynləri də əhatə edəcək.


Anar Kərimov onu da deyib ki, noyabrın 1-dən övladlığa uşaq götürmə ilə bağlı yeni sistem tətbiq olunacaq.Yeni sistem bir çox üstünlükləri ilə seçiləcək.



Nazir müavini pensiya sahəsi ilə bağlı islahatlardan da danışıb və bildirib ki, bəzi peşə sahələrində çalışan əhali təbəqəsinin erkən yaşda pensiyaya çıxması üçün müəyyən təhlillər aparılmalıdır. Bununla bağlı xarici təcrübələr də öyrənilir.

Nə düşünürsən?