Ucarda Çin texnologiyası əsasında becərilmiş pambıq sahəsində yığıma başlanılıb

  • 11.10.2019
  • 0

Ucarda Çin texnologiyası ilə əkilən pambıq sahəsində yığıma başlanılıb. 


Xezerxeber.az xəbər verir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov pambıq sahəsində məhsuldarlıqla bağlı çinli mütəxəssislər və yerli fermerlərlə fikir mübadiləsi aparıb.


Sonra Şirvan Təcrübə Stansiyasının torpaq sahəsində Çinə məxsus innovativ texnologiya əsasında əkilən pambığın kombaynla yığım prosesinə start verilib. Kənd Təsərrüfatı naziri İnam Kərimov 57 yaşlı qadın mexanizator Gülsurə İbadovanın idarə etdiyi kombaynda yığım prosesini izləyib.


Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bu il pambıq becərilməsi zamanı aqrotexniki qulluq qaydalarına daha düzgün riayət edildiyini, gübrə təminatının vaxtında həyata keçirildiyini bildirib. Bu amillərin məhsuldarlığa müsbət təsir göstərəcəyini deyən şöbə müdiri qeyd edib ki, nazirlik tərəfindən 2019-cu ildə də pambıqçılıq sahəsində müasir innovativ üsullar tətbiq olunub. Ucar rayonu ərazisində 10 hektar sahədə Çin texnologiyası əsasında müasir üsullarla pambıq əkini həyata keçirildiyini deyən İmran Cümşüdov, sınaq əkinlərinin uğurlu nəticə verdiyini bildirib. Onun sözlərinə görə, həmin sahənin hər hektarından 70-80 sentner məhsul götürüləcəyi proqnozlaşdırılır.

Nə düşünürsən?