Загрузка...

Balıqların kütləvi şəkildə məhv olmasının əsas səbəbləri açıqlandı

11.10.2019 | 5 | 0

Azərbaycanda idxalı qadağan edilən torlar istehsal olunur.


Xezerxeber.az-ın məlumatına görə, bu barədə açıqlama su hövzələrindəki brokonyerliklə mübarizə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən dəyirmi masada verilib.



Bildirilib ki, balıqların kütləvi şəkildə məhv olmasının əsas səbəblərindən biri sintetik torlardan istifadədir. Bu torların ölkəyə gətirilməsi qadağan edilsə də, əksər mağzalarda satışda var.


Həmçinin qeyd edilib ki, araşdırmalar zamanı ölkədə 894 qeyri-qanuni nohurçuluq təsərrüfatı aşkarlanıb. Lakin həmin təsərrüfaların bağlanması barədə qərar verilməyib.


Yaxın zamanlarda bu təsərrüfatların qanuni fəaliyyət göstərməsi təmin ediləcək. Həmçinin vurğulanıb ki, ekoloji hüquqpozmalar sahəsində 84 inzibati xəta faktı aşkar edilib. Cinayət və inzibati xəta törətdiklərinə görə 182 nəfər məsuliyyətə cəlb olunub.


Dəyirmi masada brokonyerliklə mübarizə ilə bağlı vətəndaşların və həvəskar balıqçıların təklifləri dinlənilib, səsləndirilən fikirlər ətrafında müzakirələr aparılıb.

yüklənir...
Nə düşünürsən?