Polis 14 avtomobil oğrusunu yaxaladı: oğurluq maşınlara GPS quraşdırıb yenidən qaçırırmışlar

  • 11.10.2019
  • 0

Türkiyənin 3 vilayətində aparılan əməliyyat nəticəsində 14 avtomobil oğrusu saxlanılıb. Avtosfer.az xəbər verir ki, Asayiş Şöbə İdarəsinin əməkdaşları təxminən 3 ay davam edən texniki və fiziki təqibdən sonra oğurluq edən mütəşəkkil dəstəni ifşa edib.

Aparılan araşdırma zamanı dəstə üzvlərinin şəxsiyyətləri və ünvanları müəyyənləşdirilərək oktyabrın 8-də əməliyyat keçirilib.

İstanbulun Anadolu yakası ilə Ankara və Kocaelində eyni anda edilən basqınlar zamanı 14 şübhəli yaxalanıb.

Şübhəlilərin evlərində aparılan axtarışlarda avtomobilləri oğurlamaq üçün istifadə edilən bəzi elktronik əşyalar və 1 tapança ələ keçirilib.

İdarəyə gətirilən dəstə üzvləri törətdikləri hadisələrlə bağlı sorğu-sual ediliblər.

Məlum olub ki, onlar qaçırdıqları nəqliyyat vasitələrinin mühərrik və şassi nömrələrini dəyişdirir, maşınların elektron beyinlərini silərək yeni kimi təqdim ediblər.

Bundan sonra da avtomobillərə GPS cihazı quraşdırıb, saxta sənədlər düzəldərək satıblar.

Satdıqları maşınların yerini bir neçə gün sonra əvvəlcədən quraşdırdıqları GPS sayəsində tapan şübhəlilər həmin avtomobilləri bir daha oğurlayaraq bu dəfə hissələrə ayıraraq bazara çıxarıblar.

Polis əməliyyat vaxtı oğurluq olduğu müəyyən edilən 22 avtomobilə əl qoyaraq avtodayanacağa aparıb. İstintaqı yekunlaşdırılan 14 nəfərin cinayət işi məhkəməyə göndərilib.

 

Namiq Musayev

Nə düşünürsən?