Oğlan toyuna iki gün qalmış gəlinin rəfiqəsinə təcavüz etdi

  • 11.10.2019
  • 0

Oğlan toyuna iki gün qalmış ailə qurmağı planlaşdırdığı qızın yaxın rəfiqəsini zorlayıb. Səyyar Tv xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan 28 yaşlı Daniel Carney adlı oğlan evlənəcəyi qızın rəfiqəsini "Poconos" hotelində "zorladığına" görə saxlanılıb. Pittsburgh Post-Gazette yazır ki, hadisə baş verən zaman qız da, oğlan da sərxoş halda olub. Oğlan qızın rəfiqəsinə mesaj yazaraq toyunda çox xoşbəxt görünməsini xahiş edib. Oreqon ştatında doğulan 29 yaşlı qız oğlanın toyunda iştirak etsə də, bir neçə saat sonra sərxoş olduğuna görə bəyi yoldan çıxardıb. Otelin təhlükəsizlik kamerasına düşən görüntülərdə bəyin toy günü gəlinin yaxın rəfiqəsi ilə kişilərin geyinib-soyunma otağında cinsi əlaqədə olması düşüb. Qadın spirtli içkinin təsirindən çıxdıqda oğlanı onu zorlamaqda ittiham edib və onu polisə verib. Polisə ifadə verən Daniel Carney peşman olduğunu dilə gətirib və üzr istəyib.

Nə düşünürsən?