"Acqarına yox, xaşla içmişəm" videosu saxta imiş

  • 11.12.2017
  • 0

İki gündür sosial şəbəkələrdə və elektron mediada yayılan videoda baş verənlər həqiqət deyilmiş. Oxu.Az xəbər verir ki, bu barədə Ölkə.Az-a Bərdə rayon Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru Şükran Cəfərov məlumat verib. Onun sözlərinə görə, görüntülərin yol polisi əməkdaşlarına aidiyyəti yoxdur: "Videodan açıq şəkildə görünür ki, orada deyilənlər quramadır. İnsanlar da həmin quramaya inanıblar. Kimdirsə, o şəxsi tapıb cəzalandırmaq lazımdır. Ola bilər ki, başqa rayonda çəkilib". Qeyd edək ki, sözügedən videoda guya yol polisi əməkdaşları Bərdə rayon sakini Kərimov Xəyyam Pənah oğlunu içkili vəziyyətdə saxlayırlar. O isə israrla spirtli içkini acqarına deyil, xaşla içdiyini bildirir.

Nə düşünürsən?