Azərbaycanda daha bir qadın öldürüldü

  • 11.10.2019
  • 0

Beyləqanda ər arvadını öldürüb. APA TV-nin yerli bürosunun məlumatına görə, qətl Beyləqan Mərkəzi Rayon Xəstəxanasında törədilib. 

Rayon sakini - 25 yaşlı Könül Bəhmən qızı Bəhrəmlini rəsmi ayrıldığı əri bıçaqlayıb. 

Qadın xəstəxanada tibb bacısı işləyib. Ora gələn keçmiş ər boşandığı qadını döydükdən sonra, ona bir neçə bıçaq zərbəsi vurub. 

Həkimlər iş yoldaşlarının həyatını xilas edə bilməyib. Hadisəni törədən keçmiş ər isə qaçıb.

Faktla bağlı cinayət işi açılıb.

Nə düşünürsən?