Zaur Həşimovun ilk transferi

  • 11.10.2019
  • 0

"Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. 


Fanat.Az xəbər verir ki, Zaur Həşimovun yeni baş məşqçi təyin olunduğu paytaxt klubu sabiq futbolçusu Riçard Qadzeni transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azad agent statusu daşıyan 25 yaşlı qanalı hücumçu ilə 1+1 illik müqavilə bağlanılıb. 

 

Qeyd edək ki, Qadze daha əvvəl - 2017-ci ilin yanvarından 2018-ci ilin iyununa kimi "Zirə”də çıxış edib. Onun son iş yeri Rumıniyanın "Voluntari" klubu olub.

Nə düşünürsən?