Körpü çökdü, 5 nəqliyyat vasitəsi dağıntılar altında qaldı: 3 ölü, 2 yaralı

  • 11.10.2019
  • 0

Çinin Çzyansu əyalətində körpünün hərəkət hissəsi çöküb. Avtosfer.az xəbər verir ki, insident ötən gün Vusi şəhərində qeydə alınıb.

Məlumata görə, Beihuan və Şiyanq yollarının qovşağı üzərində yerləşən körpü nəqliyyatın gur olan vaxtı uçub. Hadisədə 3 avtomobil və 2 yük maşını dağıntıların altında qalıb. Nəticədə 3 nəfər ölüb, daha 2 nəfər isə xəsarət alıb.

Səlahiyyətli şəxslər qəzanın səbəbini, körpünün üzərində həddindən artıq yüklə yüklənmiş ağır tonnajlı maşınının olması ilə əlaqələndiriblər.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

 

Namiq Musayev

Nə düşünürsən?