Siyəzəndə mikroavtobus məktəblini vurdu: azyaşlı metrlərlə yolda sürüklənib

  • 11.10.2019
  • 0

Siyəzəndə piyadanın vurulması ilə nəticələnən yol qəzasının görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, təhlükəsizlik kamerasına düşən kadrlarda iki məktəblinin yolu diqqətsiz şəkildə qaçaraq keçmək istədiyi görülür. Bu anda sürətlə hərəkətdə olan mikroavtobus məktəblilərdən birini vurur. Qəzanın şiddətindən azyaşlı qıza metrlərlə yolda sürüklənir.

Onun vəziyyəti barədə məlumat verilməyib.

 

Namiq Musayev

Nə düşünürsən?