Maşını icarəyə götürən “avtoş” qəza törətdi

  • 11.10.2019
  • 0

Paytaxtda yol-nəqliyyat hadisəsi qeydə alınıb. 


APA TV-nin məlumatına görə, qəza "Beş mərtəbə" adlanan ərazidə baş verib.


İcarəyə götürülən "Kia Optima" markalı avtomobil yüksək sürətlə hərəkətdə olub. Qaydaları kobud şəkildə pozan sürücü - Ceyhun Quliyev idarəetməni itirib və maşını "Qış parkı" ətrafındakı yolun səkisinə çırpıb.


Nəticədə avtomobil deformasiyaya uğrayıb.


Əraziyə Yasamal Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.


Araşdırma aparılır.

Nə düşünürsən?