Ömrünə 6 ay qalmış ərinə qaraciyərini verdi, xəyanətlə üzləşdi

  • 11.10.2019
  • 0

Türkiyədə Melike Özmen adlı qadın 6 ay ömrü qaldığı deyilən 12 illik həyat yoldaşına illər öncə qaraciyərini verib. Qaraciyər köçürülməsindən sonra səhhəti düzələn ər isə Özmeni aldadıb və sevgilisi ilə bərabər həyat yoldaşını təhdid etməyə başlayıb. “Qafqazinfo”nun məlumatına görə, bütün bunları Melike Özmen “Show Ana Haber”ə danışıb.


“Ömrünün sonuna 6 ay qaldığını dedilər. Mən ona ciyərimi verdim ki, yaşasın. Həyatla mübarizə aparsın deyə, nəfəs verdim, amma o, məni aldatdı”, - deyə qadın bildirib.


Qadının sözlərinə görə, günlərin bir günü həyat yoldaşı onu sevmədiyini deyib və evdən qovub. Melikeden ayrılan ər hamilə sevgilisi ilə heç nə olmamış kimi o evdə yaşamağa başlayıb. Üstəlik, həyat yoldaşını aldadan ər sevgilisindən üçüncü övladını gözləyirmiş. Boşanması üçün əri və sevgilisi tərəfindən təhdid edilən Melike Özmen indi qaraciyərini geri istəyir.


Melikenin həyat yoldaşı bütün deyilənlərə belə cavab verib:


“Qaraciyərini verməsi doğrudur, amma onu evdən qovmağım səhvdir. Deyilənlərin hamısı yalan və böhtandır. Mən heç kimi təhdid etmirəm. Sadəcə övladımı görmək istəyirəm. Eyni damın altında yaşamaq istəmirəm. O qadının psixoloji durumu pozulub. Üz-üzə gəlməyə hər zaman hazıram”.

Nə düşünürsən?