Özəl aviaşirkətə məxsus təyyarə qəzaya uğrayıb, bir neçə nəfər yaralanıb

  • 11.10.2019
  • 0

Keniyada “Silverstone” özəl aviaşirkətə məxsus təyyarə qəzaya uğrayıb.

Avtosfer.az xəbər verir ki, insident oktyabrın 11-də Naybori şəhərində qeydə alınıb. Bu barədə “Capital FM” radiostansiyası məlumat yayıb.

Radiostansiyanın məlumata görə, qəza, təyyarənin Uilson aeroportundan havaya qalxdıqdan bir müddət sonra baş verib. Hadisədə bir neçə nəfərin xəsarət alıb. Yaralılar yerli xəstəxanalara yerləşdiriliblər. Onların dəqiq sayı müəyyənləşdirilir.

Bildirilir ki, hava gəmisi Lama şəhərinə istiqamət götürübmüş.

“Nation” nəşrinin yazdığına görə, hava gəmisi uçuş zamanı enib-qalxma zolağından çıxıb.

Qəzanın təfərrüatları araşdırılır.

 

Namiq Musayev

Nə düşünürsən?