Bakıda evdən qaçan 18 yaşlı gəlinin görüntüləri yayıldı

  • 11.10.2019
  • 0

Bir həftəyə yaxındır evdən qaçan Leyla İsmayılova artıq tapılıb.


AzNews.az xəbər verir ki, 2 il ailəli olan 18 yaşlı Leyla həyat yoldaşından ayrılıb. Bundan sonra depressiyaya girib.


Bir həftə öncə isə evdə şəklinin arxasına ailəsinə "Mən ölməyə gedirəm məni axtarmayın", - deyə mesaj yazaraq evdən gedib. Onu ATV telekanalında yayımlanan "Bizimləsən" verilişinin komandası tapıb.


Leyla valideynlərinə videomesaj göndərib. O, evə qayıtmaq istəmədiyini və valideynlərindən onu axtarmamağı xahiş edib.

Nə düşünürsən?