Azərbaycan Prezidenti Türkmənistana işgüzar səfərə gedib

  • 11.10.2019
  • 0

Oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gedib.


APA TV-nin məlumatına görə, Aşqabad beynəlxalq hava limanında Prezident İlham Əliyevi MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Esenmurad Orazgeldiyev və digər yüksək vəzifəli şəxslər qarşılayıb.

Nə düşünürsən?