Ağılsızlığın son həddi: yanacaq çənində hörümçəyi yandırmaq istədi

  • 11.10.2019
  • 0

ABŞ-da yancaq doldurma məntəqəsinin işçisi müştərinin avtomobilinə od vurub. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.

Kadrlarda, məntəqə operatorunun maşına benzin doldurduğu görülür. Bundan sonra işçi proses zamanı yanacaq çəninin kənarında iri hörümçək görür və cibindən alışqanı çıxararaq onu yandırmağa çalışır. Lakin o, hörümçəyi yox maşını yandırır. Nə isə ki, operator özünü itirməyərək yanğının böyüməsinin qarşısını alır.

 

Namiq Musayev

Nə düşünürsən?