19 yaşlı qız Maradonasayağı qol vurdu

  • 10.10.2019
  • 0

Argentinanın qızlardan ibarət "Ximnasiya Esqrima" klubunun futbolçusu Lyusiya Qinyasu "İndependente" ilə oyunda (1:0) baxımlı qol vurub. Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Qinyasu bir neçə rəqibini geridə qoyaraq, rəqib qapısına yol tapıb. Onun qolunu Dieqo Maradonanın 1986-cı ilin Dünya çempionatında İngiltərə yığmasına vurduğu qolla müqayisə ediblər.


Klubun twitter səhifəsi bununla bağlı paylaşım edib: "Siz hansı planetdənsiz? Salam, FİFA. Biz təzyiq göstərmək istəmirik, amma Puşkaş mükafatına artıq namizəd var".


"Ximnasiya"nın kişilərdən ibarət komandasının baş məşqçisi Dieqo Maradona 19 yaşlı xanımın uğuruna biganə qalmayıb. O, Qinyasu ilə görüşərək, şəkil çəkdirib.

Nə düşünürsən?