Maşın yol ayrıcına çırpıldı: dəmir sürücünün başına girdi

  • 10.10.2019
  • 0

Türkiyənin Bursa vilayətində ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident Nilufər rayonunun Balat məhəlləsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol ayrıcında dəmir arakəsmələrə çırpılıb. Qəzanın şiddətindən dəmir baryer maşının ön şüşəsindən daxil olaraq sürücünün başına girib.

Nəticədə üzərində sənədi olmayan və şəxsiyyəti naməlum sürücü, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

 

Namiq Musayev

Nə düşünürsən?