Загрузка...

Emil Rəhmanov: “Qismət olsa övladımız da olar”

09.10.2019 | 447 | 0

ARB TV-nin "Elgizlə İzlə" verilişində həyat yoldaşından ayrıldığı deyilən müğənni Emil Rəhmanovla bağlı süjet hazırlanıb.


Sfera.az milli.az-a istinadla  bildirir ki, müğənninin həyat yoldaşı, onlar barəsində yayılan xəbərləri yalanlayıb:


"Bununla artıq neçənci dəfədir. Amma elə bir şey yoxdur. Hər ailədəki kimi aramızda söz-söhbət olur. Lakin bu evdən kənara çıxmır. Ayrılığa gətirəcək ciddi mübahisələrimiz olmur".


İfaçı Emil Rəhmanov da yayılan xəbərlərə münasibət bildirib:


"Evliliyimizi rəsmiləşdirməməyimizin ilk səbəbi ondan ibarətdir ki, şəxsiyyət vəsiqəm hazır deyildi. Mənim əskim tüstülüdür. Biz yoldaşımla isinmişik, qalıb qohumlarının mənə isinməyi. Qismət olsa övladımız da olar".

yüklənir...
Nə düşünürsən?