Əri tərəfindən döyülən qadın öldü

  • 09.10.2019
  • 0

Abşeron rayonunda ərlə arvadın davası birinin ölümü ilə nəticələnib.  


APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Masazır qəsəbəsində - "Qurtuluş 93"  yaşayış kompleksində, bina 52 ünvanında qeydə alınıb. Ailə münaqişəsi zəminində Abdullayeva Aynurə Bəhmən qızı əri tərəfindən döyülüb.  O, ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırmalara başlanıb. 

Nə düşünürsən?