Загрузка...

Avtomobil yarış zamanı dəhşət: kişi göydə “uçdu”

09.10.2019 | 305 | 0

Ukraynada keçirilən avtomobil yarışı zamanı maşınlardan biri kənarda izləyən azarkeşi vurub.

Avtosfer.az xəbər verir ki, insidentin görüntüləri Çerkass şəhərində qeydə alınıb.

Kadrlarda, sürətlə hərəkətdə olan yarış maşınının idarəetmədən çıxaraq yol kənarına istiqamətləndiyi görülür. Bundan sonra avtomobil, səkidə dayanaraq yarışı izləyən azarkeşə dəyir və qəzanın şiddətindən 31 yaşlı kişi havaya qalxaraq metrlərlə uçaraq yerə düşür.

Yerli medianın yazdığına görə, o, ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib.

 

Namiq Musayev

Nə düşünürsən?