Meşə yanğınları sakinləri evsiz qoydu: 100 min hektar ağac məhv oldu

  • 09.10.2019
  • 0

Avstraliyanın Yeni Cənubi Qallar əyalətinin şimalındakı meşələrdə yanğın baş verib.

Nəticədə Rappville kəndi və Evingar bölgəsindəki 30 ev tamamilə yanıb.

Avstraliya Yayım Qurumunda dərc edilən məlumata görə, alov 100 min hektarlıq əraziyə yayılıb.

Yanğın nəzarətə götürülsə də, elektrik xətləri kəsilib, çox sayda ağac zərər çəkib.

Bölgə əhalisi gecəni sığınacaqlarda keçirib. Bəzi vətəndaşlar tüstüdən zəhərlənib və ya yanğında xəsarət alıblar.

Yanğına səbəb kimi quraqlıq göstərilir./publika.az

Nə düşünürsən?