Xəzərdə itkin düşən 4 balıqçıdan 3-ü xilas edildi

  • 09.10.2019
  • 0

Xəzərdə itkin düşən balıqçılar xilas edilib.


APA TV-nin Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətinə istinadən məlumatına görə, oktyabrın 2-də dənizə çıxan 4 balıqçı ilə 5 gün sonra - oktyabrın 7-də əlaqə kəsilib. 


Oktyabrın 8-də DSX-ə məlumat daxil olan kimi sərhəd gözətçi gəmilərinə “axtarış” əmri verilib.


Oktyabrın 9-da itmiş qayığın 3 nəfər heyət üzvü aşkar olunaraq, xilas edilib. Onlara ilkin tibbi yardım göstərilib, isti geyim və qida ilə təmin olunublar. 


Xilas edilənlər Neftçala rayonu sakinləri - 1980-ci il təvəllüdlü Babayev Valeh Vidadi oğlu, 1975-ci ildə anadan olmuş Cəfərov Elbrus Yəhya oğlu və 48 yaşlı Əhmədov Aqil Şamil oğludur. 


Neftçala sakini olan digər balıqçı - 1976-cı il təvəl¬lüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam edir. 

Nə düşünürsən?