“Formula-1” üzrə ilin ən yaxşı ötmə əməliyyatı Bakıda icra edilib

  • 10.12.2017
  • 0

“Formula-1 “Twitter” səhifəsində 2017-ci ilin ən yaxşı ötmə əməliyyatının videosunu paylaşıb. Oxu.Az-ın xəbərinə görə, ötmə manevri Azərbaycan Qran-prisində “Red Bull” komandasının pilotu Daniel Rikkardo tərəfindən icra edilib. Avstraliyalı pilot bir manevrlə üç rəqibini - Lensa Stroll, Niko Xülkenberq və Felipe Massanı - ötməyə nail olub. Ötmə əməliyyatından sonra Daniel Rikkardo qələbə qazanıb. D.Rikkardo ümumi hesabda 2017-ci il mövsümünü 200 balla beşinci yerdə başa vurub.

Nə düşünürsən?