Загрузка...

Söz verib əməl etməyən meri şəhərdə sürüdülər

09.10.2019 | 397 | 0

Meksikada Las-Marqaritas bələdiyyəsinin merini pikapın arxasına bağlayıb şəhər boyu sürüyüblər. Avtosfer.az xəbər verir ki, məmur şəhərdə yolların düzəlməsi ilə bağlı yerli əhaliyə söz verib və verdiyi vədə əməl etməyib. Bu barədə “Heraldodemexico” nəşri məlumat yayıb.

Nəticədə polis avtomobili saxlayana qədər, Marqaritas Eskandonanın ayaqlarından iplə avtomobilin arxasına bağlayaraq şəhər küçələrində gəzdiriblər.

“Twitter”də hadisənin görüntüləri yayımlanıb.

Kadrlarda, maşının arxasına bağlanmış kişinin arxası ilə qaçan insanlar görülür.

Yerli mətbuat, merin həyatı təhlükəsinin olmadığını yazıb.

Las-Marqaritas hökuməti, yerli sakinlərinin siyasətçini oğurlamaqda günahlandıraraq 30 nəfəri həbs olunduğunu bildirib.

 

Namiq Musayev

yüklənir...
Nə düşünürsən?