Bakıda dəhşətli qəza: "BMW" piyadanın üstündən keçdi,başı asfalta yapışdı

  • 09.10.2019
  • 0

Bakının Yasamal rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın məlumatına görə, avtoqəza Tbilisi prospektində qeydə alınıb.


Belə ki, Xaqani Səfərov idarə etdiyi "BMW" markalı avtomobillə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olarkən qəfildən yola daxil olan 50-55 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.


Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.Qəza nəticəsində ölən şəxsin, 1967-ci il təvəllüdlü Nadir Əlikişi oğlu Talıbov olması müəyyən edilib.


18+ videonu təqdim  edirik:

Nə düşünürsən?