Загрузка...

Arıları xəstəliklərdən və həşəratlardan qoruyan qurğu hazırlanıb

08.10.2019 | 3 | 0

Azərbaycanlı mütəxəssislər arıları müxtəlif xəstəliklərdən və həşəratlardan qoruyan qurğu hazırlayıblar.


Xezerxeber.az-ın məlumatına görə, qurğunun layihə rəhbəri Vaqif Rüstəmovun sözlərinə görə, cihazdan istifadə edən arıçılar arı ailələrinin sağlamlığını təmin etməklə yanaşı, kimyəvi qatqısız məhsul da əldə edə biləcəklər.



Bütün detalları ölkəmizdə hazırlanan qurğunun ərsəyə gəlməsinə cəmi 600 manat xərclənib.



Qurğudan istifadə məhsuldarlığı artırmaqla yanaşı, arıların inkişafını da sürətləndirəcək.



Vaqif Rüstəmov bildirib ki, artıq həmin qurğunu almaq üçün fermerlərdən müraciətlər daxil olmağa başlayıb.

Nə düşünürsən?