Hava şarı qəzaya uğradı: Ana və oğlu öldü

  • 08.10.2019
  • 0

Çinin Şandun əyalətindəki parkda ana və övladı faciəvi şəkildə ölüblər.


Hadisə yerindən kadrlar "Daily Mirror” qəzeti tərəfindən yayımlanıb.


Oktyabrın 1-də 31 yaşlı çinli qadın üç yaşlı oğlu ilə hava şarında gəzmək qərarına gəlib. Şar 50 metrhündürlüyəqalxdıqdan sonra qəzaya uğrayıb.


Kadrlardan cütlüyün əvvəlcə şarda necə oturduğu, kameralara əl elədiyi görünür. Elə bu vaxt qəfildən şar sürətlə yuxarı qalxır və gözdən itir. Səlahiyyətlilər şarın partladığı və ana-oğulun öldüyünü bildiriblər.


Polis uçuşun təşkili ilə məşğul olan beşnəfəri həbs edib. Sahəvi parkı müvəqqəti bağlayıblar, faktla bağlı araşdırma aparılır. Anonim mənbələrə görə, polis şarların qanunsuz fəaliyyət göstərdiyini aşkar edib.

Nə düşünürsən?