Əks yola çıxan “Renault” “Kamaz”la toqquşdu: 4 nəfər yanaraq öldü

  • 08.10.2019
  • 0

Rusiyanın Voloqodksi əyalətində iki nəqliyyat vasitəsinin iştiakı ilə ağır yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Voloqda – Novoya Ladoqa avtomagistralının 56-cı kilometrliyində qeydə alınıb.

Məlumata görə, 37 yaşlı sürücü “Renault” markalı avtomobili ilə ötmə əməliyyatını yerinə yetirən zaman, yolun qarlı və sürüşkən olması səbəbindən sükan idarəetməsini itirərək hərəkətin əks istiqamətinə çıxaraq “Kamaz” markalı yanacaq daşıyan maşınla toqquşub.

Qəzanın şiddətindən “Renault” yol kənarına aşıb və yanaraq kül olub.

Nəticədə avtomobilin sürücüsü və salonda olan 3 qadın yanaraq dünyalarını dəyişiblər.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

Nə düşünürsən?