Heroin, “şüşə” və...

  • 08.10.2019
  • 0

Bakıda narkotik alverində şübhəli bilinən şəxslər ələ keçib. 


APA TV-nin məlumatına görə, polis əməliyyatı nəticəsində Binəqədi polisinin keçirdiyi əməliyyat nəticəsində Yusif Allahverdiyev, Nicat Novruzlu, Elçin Həsənov və Heybət Abbasov saxlanılıb.


Binəqədi qəsəbə sakini olan 4 nəfər əvvəllər də məhkumluq həyatı yaşayıb. 


Baxış zamanı onlardan narkotik vasitə - heroin və psixotrop maddə olan metamfetamin götürülüb. Saxlanılanlar narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf edib.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Nə düşünürsən?