Səhvə yol verdi, kuryoz qola səbəb oldu

  • 08.10.2019
  • 0

Almaniya Bundesliqasının 7-ci turunda "Borussiya" (Münhenqladbax) "Auqsburq"u 5:1 hesabı ilə məğlub edib.


Sportinfo.az xəbər verir ki, "Borussiya Park"da keçirilən oyunda meydan sahiblərinin 4-cü qolunda qonaqların qapıçısı Tomaş Koubek səhvə yol verib.


Çexiyalı qapıçı müdafiəçinin ötürməsini qəbul edə bilməyib və yıxılıb. Fürsətdən Alassan Plea yararlanıb. Qarşılaşmada "Borussiya" 5:1 hesabı ilə qalib gəlib.

Nə düşünürsən?