ABŞ-ın nüvə raketi sərnişin təyyarəsinin yanından uçub

  • 08.10.2019
  • 0

“Airbus” sərnişin təyyarəsinin pilotları ABŞ-ın “Trident II” ballistik nüvə raketinin buraxılışını izləyiblər.


“The Drive” nəşrinə istinadən xəbər verilir ki, pilotlar raketin fotosunu da çəkiblər.


Təyyarə Quadalaxara - Tijuana reysi ilə hərəkət edirmiş.


Videoda raketin göylə Sakit okeanın sahili üzərindən qərbə doğru necə uçduğu görünür. Həmçinin videoda raket pillələrinin ayrılması prosesi də əks olunub.


Qeyd edək ki, Amerika Birləşmiş Ştatları “Trident II D5” nüvə raketinin növbəti sınaqlarını keçirib. Dörd silahsız nüvə raketi Ohayo tipli “Nebraska” (SSBN 739) nüvə sualtı qayığından buraxılıb. Təlimlər Cənubi Kaliforniya sahillərində baş tutub. Sınağın ikisi sentyabrın 4-də, qalanları isə 6 sentyabr tarixində olub. (Report)

Nə düşünürsən?