"London" taksisi sahibinə çırpıldı

  • 08.10.2019
  • 0

Maşını sərxoş halda idarə edən şəxs qəza törədib.


APA TV-nin məlumatına görə,, hadisə paytaxtda - Əbdülkərim Əlizadə küçəsində baş verib.


"Tofaş" markalı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü nəqliyyat vasitəsini "London" taksisinə vurub. Həmin vaxt taksi sürücü - 38 yaşlı Fariz Lazımov  avtomobilin qarşısında dönər yeyirmiş. Nəticədə taksi zərblə sürücüyə dəyib. F.Lazımov ağır xəsarət alıb.


Araşdırma aparılır.

Nə düşünürsən?