Sərxoş şəxs içərisində 3 yaşlı qız olan “BWM X3” qaçırdı: iz itirmək üçün yandırdı

  • 08.10.2019
  • 0

Moskva əyalətində polis, içərisində 3 yaşlı qızın olduğu avtomobili qaçıran şəxsi həbs edib.

Avtosfer.az xəbər verir ki, insident Pavlovsk Posad şəhərciyində qeydə alınıb.

Məlumata görə, qadın şəxsi avtomobilinin baqajına yük yığan zaman, bundan istifadə edən naməlum şəxs “BWM X3” markalı maşını qaçırıb.

Bu arada avtomobilin arxa kreslosunda 3 yaşlı qızdan xəbərsiz olan cinayətkar onu bir müddət irəlilədikdən sonra fərq edib. O, balaca qızı qonşu kəndin avtobus dayanacaqlarının birində düşürüb. Ətrafda keçənlərdən biri də dayanacaqda balaca uşağın təkbaşına olduğunu görərək dərhal polisə məlumat verib. Nəticədə qız anasına təhvil verilib. Ardınca avtoxuliqanın axtarışlarına başlayan asayiş keşikçiləri qısa müddət ərzində əvvəllər məhkum olunmuş şəxsi yaxalayıblar. Sorğu-sual zamanı məlum olub ki, o, hadisəni törədən vaxt sərxoş olub və iz itirmək məqsədi ilə nəqliyyat vasitəsini Bıkov kəndi ərazisinə apararaq orada yandırıb.

Onun barəsində Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi başlanılıb.

 

Namiq Musayev

Nə düşünürsən?