Erməni “döyüşçü” türk rəqibini boğaraq öldürmək istədi - ANBAAN GÖRÜNTÜ

  • 07.10.2019
  • 0

Rusiyanın Samara şəhərində keçirilən MMA turnirində erməni döyüşçü türk rəqibini öldürməyə cəhd göstərib. Avtosfer.az xəbər verir ki, həmin anların görüntüləri kameraların obyektivinə də düşüb. Hakimin onları ayırmasına baxmayaraq, Rafael Abrahamyan Batuxan Ağdumanı boğmağa davam edib.

Erməni döyüşçü Ağdumanın boğazını bir müddət sıxdıqdan sonra o, huşunu itirib. Özündən gedən idmançıya kənarda gözləyən səhiyyə briqadaları müdaxilə ediblər. İlkin tibbi yardımından sonra idmançı özünə gəlib. Bu arada Batuxana müdaxilə edilən zaman erməninin özünü heç nə olmamış kimi aparması da diqqətdən yayınmayıb.

 

Namiq Musayev

Nə düşünürsən?