Şou göstərən sürücü yol qəzasına səbəb oldu: 3 nəfər yaralandı - VİDEO

  • 07.10.2019
  • 0

Türkiyənin Düzcə vilayətində avtomobili ilə şou göstərən sürücü yol qəzasına səbəb olub.

Avtosfer.az xəbər verir ki, insident D-100 trasının Kaynaşlı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Uğur S.-nin idarə etdiyi 26 DJ 054 qeydiyyat nişanlı avtomobili, hərəkətdə olan

Tələt K.-nin idarə etdiyi 81 AB 597 və Altan Y.-nin  idarə etdiyi 81 AT 666 qeydiyyat nömrə nişanlı maşınların arasından keçmək istəyərkən, hər iki nəqliyyat vasitəsinə çırpılıb.

Qəzanın şiddətindən Tələt K.-nin idarəetməsindən çıxan avtomobil aşıb.

Nəticədə sürücü, Həsən K. və Fatma K. xəsarətlər alıb. Yaralılar hadisə yerinə gələn ambulansla xəstəxanaya çatdırılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev 

Nə düşünürsən?