Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ötən gün saat 18
radələrində Biləcəri qəsəbə sakini 33 yaşlı Nicat Əmmədov Binəqədi
rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla
Məmmədovanı bıçaqla qətlə yetirib. 40-cı polis bölməsi əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam
öldürməkdə şübhəli bilinən Nicat Məmmədov saxlanılıb və rayon
prokurorluğuna təhvil verilib.
Məlumata görə, həmin vaxt Nicat Məmmədovun atası Nazir Məmmədov da
avtomobildə olub. Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında Nicat
həyat yoldaşı Leyla Məmmədova arasında mübahisə yaranan vaxt onlara
müdaxilə etsə də, bu mümkün olmayıb. Meytin müayinəsi zamanı məlum olub
ki, Nicat Məmmədov həyat yoldaşının sinə və boğaz nahiyələrinə 20-dən
artıq bıçaq zərbəsi vurub.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb, cinayətin dəqiq
səbəbləri araşdırılır.