Güclü külək davam edəcək

  • 07.10.2019
  • 0

Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında  gecə 14-18, gündüz 20-23, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında oktybarın 8-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 


Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Nə düşünürsən?