MLS-də növbəti mərhələyə yüksələn bütün komandalar bəlli olub, İbrahimoviç son turda baxım qol vurub

  • 07.10.2019
  • 0

Bu ilin mart ayından start götürən MLS (Əsas Futbol Liqası) çempionatı başa çatıb.


"Report"un məlumatına görə, "Nyu-York Siti" 34 turdan sonra 64 xal toplayaraq Şərq Konfrasını birinci pillədə başa vurub. "Atlanta Yunayted" ikinci (58 xal), "Filadelfiya" isə üçüncü (55 xal) olub.


Qərb Konfransında isə "Los-Anceles" 72 xalla bütün rəqiblərini geridə qoyub. "Sietl Saunders" ikinci (56 xal), "Real Solt-Leyk" isə üçüncü yeri (53 xal) tutub.


Konfranslarda ilk yeddi yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanıblar. Müntəzəm mövsümün qalibləri "Nyu-York Siti" və "Los-Anceles" "pley-off" mərhələsinin ilk turunda iştirak etməyəcəklər və birbaşa yarımfinalda oynayacaqlar.


"Los-Anceles Qelaksi"nin ulduz futbolçusu Zlatan İbrahimoviç isə son turda "Hyuston Dinamo"ya 2:4 hesabı ilə uduzduqları matçda baxımlı qola imza atıb.


1/4 final mərhələsinin cütləri


Şərq Konfransı


"Toronto" - "DC Yunayted"


"Filadelfiya" - "Nyu-York Red Bulls"


"Atlanta Yunayted" - "Nyu İnqlend"


Qərb Konfransı:


"Minnesota Yunayted" - "Los-Anceles Qelaksi"


"Real Solt-Leyk" - "Portlend Timbers"


"Sietl Saunders" - "Dallas" 

Nə düşünürsən?