Polis məşhur azərbaycanlı bloger Hüseyn Həsənovla bağlı araşdırmalara başlayıb

  • 07.10.2019
  • 0

Rusiya polisi məşhur azərbaycanlı bloger Hüseyn Həsənovun yollarda gecə yarışları ilə bağlı sosial şəbəkədə yayımladığı görüntülərə görə araşdırmalara başlayıb. Avtosfer.az xəbər verir ki, DİN-nin region üzrə baş idarəsinin mətbuat xidmətindən məlumat verilib ki, polis əməkdaşları, Samaranın Voljsk prospektində kütləvi şəkildə yol hərəkəti qadalarının pozulması kadrlarını araşdırır və nəticədə qanunun tələblərinə uyğun qərar qəbul ediləcək.

Videonu bloger özü 11,6 milyon abunəçisi olan şəxsi “Instagram” hesabından yayımlayıb. “RenTV” telekanalının məlumatına görə, Samaranın mərkəzində başda Həsənova məxsus qırmızı “Gelandewagen” olmaqla, lüks avtomobillərin yüksək sürətli korteji keçib. Eyni zamanda blogerin komandası özlərini qanunauyğun aparmayıblar: maşınları əks yolda idarə ediblər, iki zolağı boydan-boya zəbt ediblər, uca səsli siqnallardan istifadə ediblər, sərnişinlər lyukdan çıxaraq hay-küy salıblar və bu kimi narahatlıq doğuran hərəkətlərə yol veriblər. Bundan başqa, Həsənov gecə klublarının birində qalmaqal da yaradıb. Şahidin sözlərinə görə, təhlükəsizlik əməkdaşlarının klubun girişində onun üzərini yoxlamaları blogerin xoşuna gəlməyib və bundan sonra içəri daxil olan Hüseyn, səhnəyə çıxaraq mikrofonu götürüb və mühafizəçiləri təhqir edib.

 

Namiq Musayev

Nə düşünürsən?