Bakıda insanlığa sığmayan hərəkət: Məmurlar vətəndaşın meyvəsini yola dağıdıb,üstündən keçdi

  • 07.10.2019
  • 0

Yeşikləri maşınla vuraraq yola dağıdıblar.


Küçədə meyvə satan şəxsə maddi ziyan vuran icra hakimiyyəti əməkdaşları barədə redaksiyamıza şikayət daxil olub. Avtosfer.az-a məlumat verən şəxs bildirir ki, Hövsan qəsəbəsində (Baku Bus-un yaxınlığında) küçədə meyvə satan zaman, altı nəfər ona yaxınlaşaraq meyvə satmasına mane olub. Onlar özlərini Suraxanı rayon icra hakimiyyətinin əməkdaşları kimi təqdim edərək burada meyvə-tərəvəz satılmasının qadağan olduğunu bildiriblər. Qeyd etdiyimiz şəxslərdən biri sonradan idarə etdiyi 99-SD-897 qeydiyyat nişanlı "Mitsubishi Pajero" markalı avtomobillə həmin meyvə yeşiklərini vuraraq yola aşırıb. Nəticədə satıcıya maddi ziyan dəyib.


Onlar meyvə yeşiklərini vurub aşırtdıqdan sonra hadisə yerindən uzaqlaşıblar.

Nə düşünürsən?