Oğuzda sahibsiz itlər azyaşlıya hücum çəkdilər

  • 06.10.2019
  • 0

 Oğuz rayonunda sahibsiz itlər 10 yaşlı uşağın əlini və ayağını yaralayıb. 

 Hadisə bu gün günorta saatlarında Oğuz rayonun Bucaq kəndində baş verib. Kənd sakini 2009-cu il təvəllüdlü Fəqan Rafayil oğlu Həsənov sol əlin və sol ayağın it dişləməsi nəticəsində xəsarət ilə rayon mərkezi Xəstəxanasına yerləşdirilib. 

Məlumata görə, Fəqan Həsənov yaşadığı kəndin ərazisində sahibsiz itlərin hücumuna məruz qalaraq xəsarət alıb. Zərərçəkmişə lazımı tibbi yardım göstərilib, quduzluq əlehinə peyvənd vurulduğdan sonra ambulator müalicə almaq şərti ilə eve buraxılib.

Nə düşünürsən?