Deputat avtomobillə uşağı vurub qaçdı

  • 06.10.2019
  • 0

Rusiyada Novorossiysk şəhər dumasının deputatı Vitali But piyada keçidində yolu keçmək istəyən uşağı idarə etdiyi “Range Rover” markalı avtomobillə vuraraq hadisə yerindən qaçıb.


Virtualaz.org bildirir ki, bu barədə REN TV məlumat yayıb. Belə ki, hadisə oktyabrın 4-də baş verib Hadisə zamanı deputatın sükan arxasında sərxoş vəziyyətdə oturduğu bildirilib.


Telekanalın məlumatına görə, deputat artıq saxlanılıb. Onun barəsində iki – qəza yerindən qaçma və avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi maddələri əsasında cinayət işi açılıb.

Nə düşünürsən?