“X5”in sürücüsü tapança ilə “soyuldu”: 2 milyondan çox pulu apardılar

  • 06.10.2019
  • 0

Moskvada pul daşıyan şəxs soyğunçuluğa məruz qalıb. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün əyalətin şərqində qeydə alınıb.

Məlumata görə, naməlum şəxs “BMW X5” markalı avtomobilin sürücüsünə tapança ilə hədə-qorxu gələrək içərisində 2,23 milyon rubl və sənəd olan çantanı götürərək hadisə yerindən qaçıb.

Zərərçəkən polis şöbəsinə gedərək şikayət ərizəsi ilə müraciət edib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

 

Namiq Musayev

Nə düşünürsən?