Canlı efirdə jurnalistin üstünə araq tökdülər

  • 05.10.2019
  • 0

İspaniyanın “Telecinco TV” telekanalının jurnalisti Layla Jimenezə Barselonada keçirilən və Kataloniyanın müstəqilliyi haqqında referendumun ikinci ildönümünə həsr olunmuş yürüşdə hücum ediblər.


AzNews.az “Europa Press”ə istinadla bildirir ki, canlı yayım zamanı qəfildən narazı izdiham qızın üzərinə gedib. Yürüşün iştirakçıları yaxınlaşaraq, Jimenezə qışqırmağa başlayıblar. Bundan savayı qıza dəmir banka atılıb və üstünə araq tökülüb. Kadrlardan da görünür ki, Layla göz yaşlarını güclə saxlayır.


Xoşbəxtlikdən, qız xəsarət almayıb və reportajını davam etdirmək üçün çəkiliş məkanını dəyişməli olub. Bir müddət sonra, jurnalist baş verənləri “alçaldıcı” adlandırıb.


İnsidentlə bağlı çarx qısa müddətdə sosail şəbəkələrdə yayılıb. Nümayişçilərin davranışı siyasətçilər və ictimai xadimlər də daxil olmaqla, bir çoxlarını hiddətləndirib. Ancaq qeyd etmək lazımdır ki, yürüşün bəzi iştirakçıları Laylanı qorumağa çalışıblar.

Nə düşünürsən?