Balakən sakinindən tapança götürüldü

  • 05.10.2019
  • 0

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan APA TV-yə verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.


Əməliyyat nəticəsində Balakən rayonu Mahamalar kənd sakini Samir Qaracayev saxlanılıb.


Zaqatala şəhəri ərazisində saxlanılan S.Qaracayevin üzərindən 1 ədəd tapança aşkar edilərək götürülüb.


Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?