“Sovetski“ qalmaqalı

  • 05.10.2019
  • 0

Bakının keçmiş Sovetski məhəlləsinin sakinləri bu gün Nazirlər Kabinetinin qarşısında kompensasiya tələbi ilə Hacıbala Abutalıbovla görüş tələb ediblər.


Lakin şikayətçilərə Hacıbala Abutalıbovun onları 3 gün ərzində qəbul edəcəyi bildirilib. Bu yerdə xatırladım ki, Hacıbala Abutalıbov Sovetskidə söküntü işləri aparan komissiyasının sədridir.


Baxmayaraq ki, kompensasiyalar ötən ilin mayında verilib, adamlar pulu alıblar, sənədlərə qol çəkiblər, ərazidən köçürülüblər, amma di gəl ki, üstündən bir ildən artıq vaxt keçdikdən sonra kompensasiyanın azlığından narazılıqlara başlayıblar.


Bilə-bilə ki, qanun onların tərəfində deyil. Bəs bu cür daldan atılan daş effekti yaratmaq kimə və nəyə lazımdır? Keçmiş Sovetski sakini Mətanət Qasımova deyir ki…..,


Müsahibim deyir verilən kompensasiya ilə ev və ya mənzil almaq mümkün deyil. Ona görə də hər kvadrat üçün yenidən 500 manat pul tələb edirlər.


Yasamal Rayon İcra Hakimiyyətinin hüququ şöbəsinin müdiri Ramin İsrafilov isə deyir ki, şikayətçilərin iddialarının heç bir hüquqi əsası yoxdur.


Müsahibimin sözlərinə görə, bu gün etiraz edənlər satınalmalara başlandığı vaxtdan, yəni 2018-ci ilin mayından könüllü olaraq notarial qaydada öz vəsaitlərini əldə ediblər. Üstəlik, 1000 manat da köçürülmə və kirayə pulu ilə birlikdə.


Yəni bu konpensasiya bunlara ödənildi. Biz də deyirik. Etirazınız var idisə size kimsə natariat kontoruna getməyə məcbur etmədi.


Xatırladaq ki, Bakının “Sovetski” deyilən ərazisinin sökülməsinə hələ 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri satın alınıb, sökülüb.


Və bu addım Nazirlər Kabinetinin Yasamal rayonunda dövlət ehtiyacı üçün alınan torpaq sahələrinin müəyyən olunması barədə qərarına əsasən həyata keçirilib.


Nazirlər Kabinetindən REAL-a verilən məlumata görə, Torpağın dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tətbiqi ilə əlaqədar olaraq bu qanunun tələblərinə müvafiq işlərin həyata keçirilməsi Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb.

Nə düşünürsən?