Siyasətçinin həbsxanadan film kimi qaçışı

  • 05.10.2019
  • 0

Seçkilərdə qanunsuzluğa yol verdiyinə görə 15 il müddətinə azadlıqdan məhrum edilən kolumbiyalı siyasətçi Aida Merlano həbsxanadan filmlərdə olduğu kimi qaçıb.

“Ölkə.Az” xəbər verir ki, siyasətçi diş həkiminə getmək adı ilə həbsxanadan icazə ilə çıxaraq qaçıb. Gözətçinin yanında olmadığını görən siyasətçi diş həkiminin otağındakı pəncərədən tullanaraq qaçıb. A. Merlano onu  küçədə gözləyən motosikletə minərək camaat arasında gözdən itib. Hadisə Kolumbiyanın Boqota şəhərində baş verib. 43 yaşlı  sabiq senator  Aida Merlano 2018-ci ildə ölkədə keçirilən seçkilərdə pulla səs satın almaq və hiylə işlətdiyinə görə ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. Lakin o cəza çəkdiyi həbsxanadan diş həkiminə getmək adı ilə icazə alıb.


Polis siyasətçini tutmaq üçün genişmiqyaslı əməliyyata başlayıb.

Kolumbiya Ədliyyə naziri Marqarita Kabello siyasətçi Merlanonun qaçmasının mühafizənin zəif olması və ona diş həkiminə getməsinə icazə verən həbsxana rəisi Vilyam Ruizeni  istefa verməyə çağırıb.

Nə düşünürsən?