Avtomobil yük maşını ilə toqquşdu: yanaraq kül oldu

  • 05.10.2019
  • 0

Rusiyanın Çelyabinsk əyalətində ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün Kremenkul kəndi yaxınlığında qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə idarə olunan minik avtomobili yolun əks istiqamətinə çıxaraq yük maşını ilə toqquşub. Qəzanın şiddətindən minik avtomobili yanmağa başlayıb.

Şahidlər, hadisə nəticəsində ölənlərin ola biləcəyini söyləyiblər. Lakin yanan avtomobildə sürücünün və sərnişinin sağ qalmaq şansları demək olar yoxdur.

Qəza ilə bağlı müvafiq qurumlardan rəsmi məlumat daxil olmayıb.

 

Namiq Musayev

Nə düşünürsən?