O da Maşından getdi - Aysun gözyaşı tökdü

  • 04.10.2019
  • 0

ATV telekanalında yayımlanan “Maşın” şounun bu axşamkı efiri izləyənləri təəccübləndirib.

Yenicag.az xəbər verir ki, şou başlayanda ilk olaraq yarışmanı Qurd tərk edib. Buna səbəb dünən onun bilmədən maşından əlini çəkməsi olub.

Daha sonra Bilal Əliyev maşından öz istəyi ilə əlini çəkib. O, bu qərarı verməkdə atasının rolunu olduğunu bildirib. Belə ki, atası ona əlini maşından çəkməsini deyib.

Qeyd edək ki, hal-hazırda davam edən yarışmada səsvermə canlı keçirilib, lakin hələ kimin səs verməyə çıxacağı məlum deyil.

Nə düşünürsən?